AZ

Beş siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydiyyata alınıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bələdiyyə seçkisi ilə bağlı 5 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydiyyata alınıblar".
Oxu.Az xəbər verir ki, bu qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müzakirəyə çıxarılıb.
MSK-nın katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Yeni Azərbaycan Partiyasının, Milli İstiqlal Partiyasının, Böyük Quruluş Partiyasının., Demokratik İslahatlar Partiyasının və Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıblar.
Qeyd edək ki, bələdiyyə seçkisi 2025-ci il yanvarın 29-na təyin edilib.
Mərahim Nəsib
Seçilən
37
1
oxu.az

2Mənbələr