AZ

Dünyada reklam bazarı 1 trilyon dolları ötəcək - RƏQƏMLƏR

Dünya üzrə reklam bazarının həcmi 2024-cü ildə ilk dəfə olaraq 1 trilyon dollar həddini ötəcək.

 

Sfera.az “Groupm.com” saytına istinadən xəbər verir ki, bu ilin sonunda reklam bazarının həcmi 9,5 faiz artaraq 1,04 trilyon dollara çatacaq.

 

2025-ci ildə də bazarın həcminin böyüməsi davam edəcək və 7,7 faizlik böyümədən sonra ümumi reklam həcmi 1,1 trilyon dollar təşkil edəcək.

 

Dünyada reklam bazarının həcminin artmasında rəqəmsal texnologiyaların inkişafının və bu məkanda reklamların artmasının xüsusi rolu var.

 

 Dünyada ən böyük reklam bazarı ABŞ-də (380 milyard dollar) və Çində (205 milyard dollar) olacaq.

 

Vasif

Sfera.az

 

 

phrase_var_article.chosen
61
sfera.az

1phrase_var_article.sources