AZ

Təbrizdə türkcə “Qarı nənə” uşaq tamaşası nümayiş olundu

Təbrizdə Azərbaycan türkcəsində olan “Qarı nənə” uşaq tamaşası səhnəyə qoyulub.

Kult.az xəbər verir ki, bu barədə tamaşanın rejissoru Vahid Rəhimi məlumat yayıb.

Onun sözlərinə görə, əsərdə sadə dillə ekoloji problemlərdən bəhs edilir.

Vahid Rəhimi bu sahədə müxtəlif problemlərin, xüsusən türk dilində uşaq tamaşalarının səhnələşdirilməsi ilə bağlı lisenziya almağın çətin olduğunu deyib.

Əsərin ssenari müəllifi Rüqəyyə Nikyar və Əhəd Rəhimidir.

Seçilən
37
axar.az

1Mənbələr