AZ

"WhatsApp”da keçmiş ərinə "eybəcər" deyən qadın 10 min cərimələndi

Rusiyanın Sankt-Peterburq şəhərinin Kirovski Rayon Məhkəməsi qadını keçmiş ərini WhatsApp yazışmasında təhqir etdiyinə görə  10 min rubl cərimə edib.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, dekabrın 9-da Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

“WhatsApp”da onu təhqir edən keçmiş həyat yoldaşını məhkəməyə verən kişi mənəvi ziyana görə 100 min rubl təzminat və 300 rubl dövlət rüsumu tələb edib. O, uzun müddətdir ki, qadının ona təhqiredici mesajlar göndərdiyini, onu heyvanlarla, alkoqolik, narkomanla müqayisə etdiyini və digər alçaldıcı üsullardan istifadə etdiyini, onun hisslərini alçaltdığınıi və bundan əziyyət çəkdiyini bildirib.

Qadın yazışmalardakı təhqirlərinin kişinin təxribatlarına cavab olduğunu və özü də tez-tez ədəbsiz sözlər işlətdiyini, ona görə də onun mesajlarından mənəvi zərər ala bilməyəcəyini iddia edərək təqsirini boynuna almayıb.

"Məhkəmə yazışmaları oxuyub, Uşakov və Ojegovun lüğətlərini açaraq, məsələn, "eybəcər"in (qadın yazışmalarda belə ifadədən də istifadə edib- red.) rüsvayçı dərəcədə çirkin bir insan olduğunu nəzərə alaraq və Yelenadan keçmiş ərinin xeyrinə 10 min rubl alıb”, - Telegram kanalındakı məlumatda deyilir.

QAZİLER.AZ

phrase_var_article.chosen
30
33
qaziler.az

10phrase_var_article.sources