AZ

Suriyanın müxalif ordusu Minbici də ələ keçirtdi

Anadolu” və “Daily Sabah” xəbər verir ki, Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SNA) Suriyanın şimalındakı Minbic şəhərini nəzarətə götürüb.

Şəhər daha əvvəl Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və Suriya Kürd Özünümüdafiə Qüvvələrinin (YPG) nəzarətində olub.

Müxalifətin yaratdığı Suriya müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa Minbic sakinlərini və SNA-nı “şəhərin kürd qüvvələrindən azad edilməsi münasibətilə” təbrik edib. O, insidenti “Suriya suverenliyinin bərpası istiqamətində atılan növbəti addım” adlandırıb.
Xatırladaq ki, Minbic 2016-cı ildən, kürd qüvvələri onu “İslam Dövləti”ndən geri aldıqdan sonra ABŞ-ın dəstəklədiyi PKK və YPG-nin nəzarətindədir. “Daily Sabah”ın qeyd etdiyi kimi, SNA qüvvələri dünən, dekabrın 8-də şimaldan və qərbdən şəhərə daxil olub və tezliklə mərkəzi məhəllələrə çatıb.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
45
editor.az

1Mənbələr