AZ

“Ət məhsulların qiyməti 10-15% arta bilər” - Mütəxəssis

Artıq 2025-ci ilin gəlməsinə sayılı günlər qalıb. Hər il və hər bayram qabağı olduğu kimi indi də qida məhsullarının dəyərinin yüksəldiyinin şahidi oluruq. 

Maraqlıdır, hazırda qida məhsullarının qiyməti nə qədər artıb?

Bu barədə Hit.az-a açıqlama verən qida üzrə mütəxəssis Sevgi Bayramova deyib ki, ət məhsulu 10-15% artma ehtimalı var:

“Yeni il dövrü, xüsusilə bayram günləri yaxınlaşdıqda, ətə olan tələbin artdığı bir vaxtdır. İnsanlar bayram süfrələri üçün daha çox ət almağa meylli olurlar, bu da qiymətlərin yüksəlməsinə səbəb olur. 2025-ci ilin gəlməsinə sayılı günlər qaldığı üçün insanlar bayram alış-verişinə çıxırlar. Hazırda gündəlik tələbat olan qidaların əksəriyyətində artım müşahidə edilmir. 

Amma mal əti, balıq, toyuq əti kimi məhsullarda artma müəyyən edilib. Bayram qabağı qiymət artımının miqdarı isə yerli bazar şərtlərindən, təchizatdan və iqtisadiyyatdan asılı olaraq dəyişir. Məsələn, ət məhsullarının qiyməti bayramın yaxınlaşması ilə 10-15% və ya daha çox arta bilər. Əlavə olaraq, idxal olunan məhsulların qiymətində də artım müşahidə edilə bilər”.

Murad

Seçilən
41
hit.az

1Mənbələr