AZ

Aşqarlar Kimyası İnstitutunda bu il fundamental və tətbiqi xarakterli 14 elmi nəticə əldə olunub

Bakı, 9 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2024-cü ildə “Zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozisiya materiallarının məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi” probleminin həlli istiqamətində aparılan tədqiqatlar zamanı 14 mühüm nəticə əldə olunub.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, tətbiqi xarakterli mühüm nəticələr itiyerişli yerüstü texnikanın yüksək gücləndirilmiş dizel mühərrikləri üçün motor yağı və sürtkü yağlarının yeyilməyə və siyrilməyə qarşı xassələrini effektiv yaxşılaşdıran yeni aşqar kompozisiyasının yaradılmasından ibarətdir.

Fundamental və tətbiqi xarakterli elmi nəticələrin yeniliyi və əhəmiyyəti nüfuzlu xarici jurnallarda çap olunan icmal, tədqiqat məqalələri ilə, eləcə də patentlə təsdiq olunub.

İnstitut alimləri tərəfindən hesabat dövründə ümumilikdə 15 patent alınıb. Həmçinin patentə verilmiş iddia sənədlərinin sayı 30, iddia sənədinin dərci haqqında müsbət qərarların sayı 15 olub. Hazırda ekspertizaya 40 iddia sənədi göndərilib.

Seçilən
56
1
azertag.az

2Mənbələr