Suriya müxalifəti keçid hökumətinin başçısının adını açıqlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu ölkənin keçid idarəçiliyi üçün hökuməti formalaşdırmaqla vəzifələndirilən Məhəmməd əl-Bəşir olacaq.
Əvvəllər o, Suriyanın şimal-qərbinə nəzarət edən hökumət əleyhinə islamçı qruplar tərəfindən yaradılmış, mərkəzi İdlibdə yerləşən Suriya Qurtuluş Hökumətinə rəhbərlik edib.