AZ

Cənubi Koreya Prezidentinin ölkədən çıxışına qadağa qoyulub

Ərizəni Ədliyyə Nazirliyinə Korrupsiya İstintaq İdarəsi təqdim edib

"Yonhap” xəbər agentliyi yazır ki, Cənubi Koreyanın Ədliyyə Nazirliyi Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb.

"Associated Press”in məlumatına görə, ərizəni nazirliyə Cənubi Koreyanın Korrupsiya İstintaq İdarəsi təqdim edib.

Departamentin baş prokuroru Oh Don Vun parlamentdə keçirilən dinləmələrdə bildirib ki, o, müstəntiqlərə bu yaxınlarda fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar Prezidentə səfər qadağası tələb etməyi tapşırıb.

Cənubi Koreya polisi həmçinin bildirib ki, onlar ölkədə fövqəladə vəziyyətlə bağlı üsyanı araşdırdıqları üçün Prezidentə səfər qadağası tətbiq etməyi nəzərdən keçirirlər. 

Yun Sok Yol dövlətə xəyanətdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. 

Polis onun dindirilməsini istisna etmir.

Dekabrın 3-də Cənubi Koreyanın Prezidenti Yun Sok Yol xalqa müraciət edərək ölkəsində hərbi vəziyyət elan etdiyini bildirib.

O, bu addımı ona görə atıb ki, parlamentdə çoxluq qazanan müxalif Demokrat Partiyası 2024-cü ilin iyunundan etibarən dövlət auditoru və Baş prokuror da daxil olmaqla müxtəlif məmurları impiçment etmək üçün 10 dəfə cəhd edib.

Parlament Prezidentin qərarının əleyhinə səs verib və dekabrın 4-nə keçən gecə hökumət hərbi vəziyyətin ləğvini təsdiqləyib.

Hərbi vəziyyət təxminən 6 saat davam edib.

Cənubi Koreyada müxalifət partiyaları Prezidentə qarşı impiçment proseduruna başlayıb.

Səsvermə dekabrın 6-na təyin edilib.

Dekabrın 5-də Cənubi Koreya parlamenti ölkənin baş dövlət auditoru və üç yüksək rütbəli prokurorunun impiçmenti barədə qərar qəbul edib.
Seçilən
54
50
arqument.az

10Mənbələr