AZ

Suriyalıların vətənə qayıdışı Almaniyaya mənfi təsir edəcək

“Suriyalı tibb işçilərinin Almaniyadan kütləvi axını Almaniyanın səhiyyə sektoruna təsir göstərə bilər”.

Qaziler.az xəbər verir ki, bunu Alman Xəstəxanalara Dəstək Cəmiyyətinin (DKG) sədri Qerald Qrass “Spiegel”ə deyib.

"Biz başa düşürük ki, onların bir çoxu vətənlərinə qayıtmaq istəyir və orada onlara təcili ehtiyac olacaq", - cəmiyyət sədri deyib.

Qrassın sözlərinə görə, suriyalı tibb işçiləri Almaniyanı kütləvi şəkildə tərk edərlərsə, bu, şübhəsiz ki, tibb işçilərinin sayında hiss olunacaq.

Qeyd edilib ki, dekabrın 9-da Almaniya hakimiyyət orqanları suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırıb. Bundestaq deputatı Yens Spahn Bəşər Əsəd hökumətinin devrilməsi fonunda Almaniyadan vətəninə qayıtmağa razılıq verən hər bir suriyalıya 1000 avro ödəməyi təklif edib.

QAZİLER.AZ

Seçilən
27
32
qaziler.az

10Mənbələr