AZ

Bu ölkə də suriyalıların sığınacaq müraciətlərinə baxmayacaq

İsveçrə suriyalı qaçqınların sığınacaq müraciətlərinə baxılmasını dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Miqrasiya üzrə Dövlət Katibliyi (SEM) məlumat yayıb.

“Suriyalı müraciət edənlər üçün sığınacaq verilməsi prosedurlarını və qərarlarını növbəti bildirişə qədər dayandırılır”, - məlumatda qeyd edilir. 

Bundan əvvəl Almaniya, Avstriya, Norveç, Danimarka, Finlandiya və İsveç də Suriya vətəndaşlarının sığınacaq müraciətlərinə baxılmasının dayandırıldığını elan etmişdilər.

Türkan İSGƏNDƏRLİ 

Seçilən
46
redaktor.az

1Mənbələr