Bundestaq deputatı Yens Şpan Bəşər Əsəd hökumətinin devrilməsi fonunda Almaniyadan vətəninə qayıtmağa razılıq verən hər bir suriyalıya 1000 avro ödəməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” yazır.
“İlk addım olaraq deyərdim ki, biz belə təklif verə bilərik. Suriyaya qayıtmaq istəyənlərə təyyarəyə mindirib 1000 avro pulu verəcəyik” - deputat qeyd edib.
Almaniya hakimiyyət orqanları artıq suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırıb.
Müəllif: Arzu