Suriyada 13 ildir davam edən vətəndaş müharibəsi yeni miqyas alıb. Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Hələb, Həma, Hums və Dəməşq Suriyanın əsl sahiblərinin nəzarətinə keçib və 61 il qanla, zülmlə yaşamış Baas diktaturası da tamamilə süqut edib. Ərdoğanın sözlərinə görə, Türkiyə, verilən vədlərə baxmayaraq separatçı təşkilatın işğalı altında olan Tel Rifat və Mənbicin terrorçulardan təmizlənməsini alqışlayır. Türkiyə lideri bildirib ki, devrilmiş rejimin düşmən münasibətinə baxmayaraq, Türkiyə Suriyanın ərazi bütövlüyünün və unitar quruluşunun qorunmasını dəstəkləyib. Suriydakı rejimini devrilməsi bütün suriyalılar, xüsusilə mühacirlər üçün faydalı olacaq deyən Ərdoğanın sözlərinə görə Suriya sabitləşdikcə ölkəyə nizamlı qayıdışlar artacaq.