AZ

Suriya hökuməti istefa verməyə hazır olduğunu bildirib

“Prezident Bəşər Əsədə tabe olan Suriya hökuməti istefa verməyə hazırdır”.

"Hurriyyet.az" “Report”a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda müxalifətlə danışıqlar davam edir: “Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”.

Bundan başqa, Suriyada müxalifətin lideri, “Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınan Əhməd əl-Şara deyib ki, baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərlik etdiyi hökumət keçid dövründə Suriyanın xeyrinə olacaq: “Əl-Cəlali hökuməti keçid dövründə bizə fayda verəcək”.

Seçilən
18
22
hurriyyet.az

10Mənbələr