AZ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İŞDƏN ÇIXARILDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov vəzifəsindən azad olunub.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, Anar Məmmədov ötən həftə işdən çıxarılıb.
Anar Məmmədovla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verilib.
Qeyri-rəsmi məlumatlara görə isə, Anar Məmmədov bağçalara, məktəblərə direktor, direktor müavini təyin edilməsinin müsahibə mərhələsində yol verdiyi nöqsanlara görə işdən azad olunub.
Qeyd edək ki, Anar Məmmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə 2022-ci ildə təyin olunub.
Seçilən
46
27
oxu.az

10Mənbələr