Ukraynada atəşkəs razılaşması təxminən yanvarın 25-də bağlana bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının keçmiş müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası bunda israrlıdır. Aleksey Arestoviç təxmin edib ki, ABŞ yanvarın 20-də inauqurasiyadan dərhal sonra münaqişənin qaynar fazasını dayandırmağı təklif edib.
Müəllif: Arzu