Norveçin xarici işlər naziri Espen Bart Eide Azərbaycanda həbs olunan bütün jurnalistlərin azadlığa buraxılmasına çağırıb.
“Meydan TV kanalının əməkdaşlarının və onlardan əvvəl həbs olunmuş
Abzas Media, Kanal 13 və Toplum TV jurnalistlərinin Azərbaycanda həbsi məni dərindən narahat edir.
Norveç onları azad etməyə çağırır.
Azad və müstəqil mətbuat demokratiya üçün həyati əhəmiyyət kəsb edir”, - nazir X sosial şəbəkəsindəki hesabında yazıb.