AZ

Yaponiyada demoqrafik böhrandan çıxmağım qeyri-adi üsulu tapılıb

"2023-cü ildə Yaponiyada cəmi 768 min yeni doğulmuş körpə qeydə alınıb, bu da 124 milyon əhalisi olan ölkə üçün kritik göstəricidir..."
 
Tokio 2025-ci ildə dövlət qulluqçuları üçün dörd günlük iş həftəsi tətbiq etməyə başlayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "pravda.ru" nəşri yazıb.
 
İslahatın başlıca məqsədi qadınların karyera ilə analığını uzlaşdırmasıdır. Təşəbbüs çərçivəsində həmçinin uşaq bağçalarına çıxışın genişləndirilməsi və yumurta hüceyrələrinin dondurulması üzrə proqramın maliyyələşdirilməsi planlaşdırılır. 
 
Bu tədbir Yaponiyanın demoqrafik böhranla mübarizə üzrə genişmiqyaslı səylərinin bir hissəsidir. Ölkədə doğum göstəricilərinin rekord səviyyədə aşağı düşməsi müşahidə edilir. 
 
2023-cü ildə cəmi 758 min yeni doğulmuş körpə qeydə alınıb, bu da 124 milyon nəfər əhalisi olan ölkə üçün kritik göstəricidir.
 
Hökumət həmçinin valideynlər üçün iş saatlarının azaldılması və ölkənin digər prefekturalarında çevik qrafikə keçilməsi təşəbbüsünü nəzərdən keçirir.
 
Ekspertlər hesab edir ki, əmək yönümlü islahatlarla yanaşı, Yaponiya özünün sərt immiqrasiya qanunlarına yenidən baxmalı və gender bərabərsizliyi, həyatın bahalaşması və uşaqlara qulluq üçün yüksək məsrəflər problemlərini aradan qaldırmalıdır.
 
Bir çox sosioloqlar daima aşağı düşən doğum göstəricilərini Yaponiyada sərt əmək mədəniyyəti və həyatın bahalaşması ilə əlaqələndirir.
 
Yorucu iş günü çoxdandır ki, Yaponiya korporasiyaları üçün problemə çevrlib, burada işçilər tez-tez sağlamlıqla bağlı problemlərdən əziyyət çəkir, hətta həddən artıq iş səbəbindən ölüm halları baş verir.
Seçilən
45
1
moderator.az

2Mənbələr