AZ

"İlin adamı" onlardan biri ola bilər

Nüfuzlu “Time” jurnalı 2024-cü il üçün "İlin adamı" adının kimə veriləcəyini açıqlayıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp, onun müttəfiqi, iş adamı İlon Mask, biznesmen Mark Zukerberq və ABŞ-nin vitse-prezidenti Kamala Harris bu nominasiyaya namizədlərin qısa siyahısına daxil edilib.

Onlardan başqa, bu ada Böyük Britaniya şahzadəsinin həyat yoldaşı Keyt Middlton, ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauell, məşhur amerikalı komik Co Roqan və vəfat etmiş rusiyalı biznesmen Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da namizəddir.

Məlumata görə, "İlin adamı" dekabrın 12-də seçiləcək.

Seçilən
29
15
modern.az

10Mənbələr