AZ

Bakıda dəhşətli hadisə - Uşağın qarnından QAPI DƏSTƏYİ ÇIXDI

Bu gün Xətai Tibb Mərkəzində həyata keçirilmiş əməliyyat diqqət cəlb edib.

Lent.az araşdırdı ki, hadisə 107 nömrəli məktəbdə baş verib. 

Məktəbdən saytımıza verilən məlumatda da xəbər təsdiqini tapdı.

Belə ki, məlumata görə, 5-ci sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) II mərtəbədə ayaqyouluna gedərkən sürətlə qaçdığı üçün qapının tutacağına toxunub. Nəticədə qapının dəstəyi şagirdin qarın nahiyyəsinin dərisinə batıb. 

Məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib. 

Açıqlamada bildirilib ki, məktəb rəhbərliyi və müəllimlərin müşayiətilə şagird tibb müəssisəsinə çatdırılıb. 

Hazırda şagirdin vəziyyətinin kafi olduğu bildirilir.

Xətai Tibb Mərkəzində maraqlı cərrahi əməliyyat yerinə yetirilib.

Lent.az xəbər verir ki, bu gün xəstəxanaya gətirilmiş 10 yaşlı uşağın qarın boşluğuna batmış qapı dəstəyi çıxarılıb.

Əməliyyat uşaq cərrahı Pərviz Səmədov tərəfindən yerinə yetirib.

Hazırda xəstənin vəziyyəti yaxşıdır, o, həkim nəzarəti altındadır.

Seçilən
52
4
bakuinfo.net

10Mənbələr