Türkiyənin “Qalatasaray” klubu iki zədəli futbolçusu ilə bağlı açıqlama yayıb.
Sportinfo.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Super Liqanın 15-ci turunda səfərdə “Sivasspor”a qalib gəldikləri görüşdə (3:2) xəsarət alan hücumçu Viktor Osimhenin sağ ayağındakı əzələsində gərilmə və qanaxma aşkarlanıb.
Həmin qarşılaşmada zədə alan Barış Alper Yılmazın sol dizinin yan bağlarında dartılma, orta dərəcəli gərilmə müəyyən edilib.
Bundan əlavə, onun ayaq biləyinin daxili yan bağında gərilmə, qanaxma, bilək sümüklərində ödəm (mayenin həddindən artıq yığılması) aşkar olunub.
Hər iki futbolçunun müalicəsinə başlanılıb.