Pentaqon Suriyada kimyəvi silah ehtiyatları ola biləcəyini hesab edir.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqh brifinqdə danışıb.
“Biz bu kimyəvi silahların mülki şəxslərə, ABŞ qüvvələrinə və ya onların bölgədəki tərəfdaşlarına qarşı istifadə etmək istəyənlərin əlinə keçməməsinə çalışırıq. Bu məsələdə təcrübəmiz var və biz bu silahların yanlış əllərə keçməsinin qarşısını almaq üçün işləyirik”, - o qeyd edib.