AZ

Tanınmış şəxsin cəsədi Əsədin həbsxanasında TAPILDI - FOTO,VİDEO

Suriyada Bəşər Əsədin devirməsindən sonra rejimin dəhşətli cinayətlərinə dair xəbərlər səngimək bilmir.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, minlərlə suriyalının işgəncə nəticəsində həyatını itirdiyi Sednaya həbsxanası ilə bağlı ortaya çıxan məlumatlar insanları dəhşətə salıb.

Qeyd olunub ki, siyasi məhbusların saxlandığı bu həbsxanada işgəncə alətləri, eləcə də məhkum cəsədlərinin kislota ilə əridildiyi kütləvi məzarlıqlar aşkar edilib. Bu cəsədlərdən birinin Suriyalı tanınmış fəal Mazen Hamadiyə aid olduğu müəyyən edilib. 

Araşdırmalar göstərib ki, Hamadi işgəncə nəticəsində həyatını itirib.

Məlumata görə, 2012-ci ilin mart ayında rejim əleyhinə etirazlara qatıldığı üçün həbs edilən Hamadi olduqca ağır işgəncələrə məruz qalıb. 1,5 il müddətində dəfələrlə işgəncələrə dözən fəal 2013-cü ilin sentyabrında azadlığa buraxılıb və Niderlanda gedərək yaşadıqlarını dünyaya çatdırıb. Əfv vədi aldıqdan sonra o, yenidən vətəninə qayıtmaq qərarına gəlib. O, ölkəsinə qayıtdıqdan sonra 2020-ci ildə qəflətən yoxa çıxıb

Musavat.com

Seçilən
35
15
musavat.com

10Mənbələr