Tayvan silahlı qüvvələri bir gün ərzində adaya yaxınlaşan Xalq Azadlıq Ordusunun (XAO) 47 təyyarəsini və 12 gəmisini, həmçinin Çin hökumət idarələrinin 9 gəmisini qeydə alıb.
Trend xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilir ki, 16 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb hissəsindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Tayvan ordusu hədəfləri izləmək və təhlükə yarandıqda cavab vermək məqsədilə təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə edib.