AZ

Qazaxda xəstəxananın direktoru işdən çıxarıldı

Qazax Mərkəzi Rayon Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, TƏBİB-in rəhbərliyinin müvafiq əmrinə əsasən Qazax Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova yaş həddi səbəbindən tutduğu vəzifədən çıxarılıb. 

Bildirilir ki, S. Məmmədova 2019-cu ildən həmin xəstəxananın baş həkimi, sonra isə direktoru işləyib. Hələlik həmin vəzifəyə yeni təyinat yoxdur.

Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu

Seçilən
9
1
bizim.media

2Mənbələr