AZ

Hakan Fidan Blinkenlə Suriyada baş verən son hadisələri müzakirə edib

Bakı,TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ-lı həmkarı ilə telefon danışığında Türkiyənin terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə əsla icazə verməyəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, görüşdə Suriyada baş verən son hadisələr müzakirə edilib.

Nazir Fidan həmkarı Blinkenə Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin əhəmiyyətini vurğulayaraq, Türkiyənin terror təşkilatlarının Suriyadakı vəziyyətdən sui-istifadə etməsinə əsla icazə verməyəcəyini bildirib.

İllərdir baxımsız qalan infrastrukturun yenidən qurulmasında beynəlxalq ictimaiyyətin Suriya xalqına dəstək verməsinin vacib olduğunu qeyd edən Fidan Suriyaya humanitar yardımların fasiləsiz çatdırılması üçün səylərin göstərilməli olduğunu bildirib.

Qeyd edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.Silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb, Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Seçilən
32
50
turkic.world

10Mənbələr