AZ

Mask: “Time” jurnalının “İlin Adamı” seçilmək istəmirəm- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-li iş adamı İlon Mask sosial şəbəkədə "Time" jurnalının 2024-cü il üçün təqdim etdiyi "İlin Adamı" mükafatına layiq görülmək istəmədiyini bildirib.

Mask bu açıqlamanı bir istifadəçinin onun bu mükafatı alıb-almaması ilə bağlı paylaşımına cavab olaraq yazıb. O vurğulayıb ki, belə bir adı qazanmaq onun üçün heç də cəlbedici deyil.

Qeyd edək ki, "Time" jurnalının 2024-cü il üçün "İlin Adamı" mükafatı namizədləri siyahısında ABŞ-də prezident seçkilərinin qalibi Donald Tramp, onun müttəfiqi iş adamı İlon Mask, "Meta" korporasiyasının rəhbəri Mark Zukerberq və ABŞ-ın vitse-prezidenti Kamala Harris də yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
49
olaylar.az

1Mənbələr