AZ

Orxan Zeynallıdan konserti ilə bağlı açıqlama!

Repçi Orxan Zeynallı  24-25 yanvarda gerçəkləşəcək konserti ilə bağlı açıqlama yayıb.

OLAY yazır ki,  ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında pərəstişkarların görüşünə gələcək sənətçi biletlərin 60 faizinin satıldığını bildirib.

“Konsertlərə 1 aydan bir az çox vaxt qalıb. Biletlərin 60 faizi artıq bitib. Səhnə tərtibatı ilə bağlı idealar da tamamlanmaq üzrədir. Səbrsizliklə “Əks Səda” klipinin təqdimatını gözləyirəm. Bu konsertdə sizə daha yaxın ola biləcəm”, - deyə Orxan vurğulayıb.

Qeyd edək ki, O.Zeynallını gecədə musiqi qrupundan əlavə kvartet müşayiət edəcək. Onun hitləri fərqli versiyalarda səsləndiriləcək. Musiqiçi xüsusi olaraq konsert üçün yeni duetlər üzərində də çalışır.

Seçilən
29
olay.az

1Mənbələr