AZ

Bəşər Əsədin doğma şəhəri müxalifətə dəstək verib

Ölkədə hökuməti devirən suriyalı müxalifət qruplaşmaları prezident Bəşər Əsədin doğulduğu Latakiyanın Qardaha şəhərinin ağsaqqalları ilə görüşüb...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, ağsaqqallar yeni hökumətə dəstək bəyanatı imzalayıblar.

Müxalifət nümayəndə heyətinə sünni qrupları “Heyət Təhrir əş-Şam” və Azad Suriya Ordusunun üzvləri daxil olub. Müxalifət nümayəndələri Qardaxda onlarla din xadimi, ağsaqqal və başqa insanlar görüşüblər. Bundan sonra Ələvi nümayəndələri müxalifətə dəstək bəyanatı imzalayıblar.

Bəyanatda Suriyanın dini və mədəni müxtəlifliyi vurğulanır. Sünni qrupların üzvləri sənədi imzalamayıblar.

Qeyd edək ki, Ələvi dininə etiqad edən suriyalılar (Bəşər Əsəd ailəsi onlara məxsusdur) ölkənin təxminən 10%-ni təşkil edir və Latakiyada cəmləşib. Əhalinin təxminən 70%-ni sünni müsəlmanlar təşkil edir və ölkədə xristianlar, kürdlər və digər qrupların da böyük icmaları var.

Poliqon.info

Seçilən
40
4
poliqon.info

5Mənbələr