Bakı. Trend:
2024-cü il dekabrın 9-da saat 17:00 radələrində Müdafiə SənayesiNazirliyinin tabeliyindəki müəssisələrin birinə məxsus texnikianbarda kiçik yanğın hadisəsi baş verib.
Nazirlikdən Trend-ə bildirilib ki, yanğın Fövqəladə HallarNazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddətərzində söndürülüb.
Xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləriaraşdırılır.