AZ

ABŞ səmasında naməlum dronlar

ABŞ-nin New York və New Jersey ştatlarında son həftələrdə göy üzündə peyda olan dronlar əhali arasında narahatlıq yaradır.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Federal Təhqiqat Bürosu (FTB) məsələni araşdırmaq üçün genişmiqyaslı təhqiqatlara başlayıb.

Noyabrın ortalarından etibarən xüsusilə New Jersey ştatında müxtəlif bölgələrdə naməlum dron dəstələri müşahidə edilib. Son günlər bu cür görüntülər Pennsylvania və New Yorkun Staten Island bölgələrində də qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan videolar və fotolar dronların varlığını təsdiqləyir. FTB-nin Newark ofisindən verilən açıqlamaya görə, şahidlər naməlum dron sürüləri və bəzi hallarda sabit qanadlı uçan cihazlar gördüklərini bildiriblər.

“Həm ictimaiyyət, həm də hüquq-mühafizə orqanlarından həftələrdir bu barədə məlumatlar alırıq”, - FTB-dən bildirilib.

Federal Aviasiya İdarəsi (FAA) vəziyyətin nəzarətdə saxlanması məqsədilə Picatinny Arsenal hərbi bazası və Trump National Golf Club Bedminster üzərində müvəqqəti uçuş qadağası tətbiq edib. Lakin dronların mənbəyi və məqsədi hələ də məlum deyil.

New Jersey qubernator Phil Murphy Daxili Təhlükəsizlik Nazirliyi və yerli rəsmilərlə vəziyyəti yaxından izlədiklərini bildirib.

“Hazırda ictimaiyyət üçün məlum olan bir təhlükə yoxdur. Biz federal və yerli tərəfdaşlarımızla birlikdə çalışırıq”, - deyə qubernator qeyd edib.

Nuriyyə Musayeva

Seçilən
22
28
bakivaxti.az

10Mənbələr