AZ

Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib

"Ürəyimizin bir yarısı Qaziantep, Hatay, Şanlıurfa, digər yarısı Afrin, Hələb, Həma, Homus, Dəməşqdir”. 

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Dövlət başçısı Ərdoğan qonşu Suriyada 13 ildir davam edən vətəndaş müharibəsinin keçən gün hökumətin hakimiyyətdən getməsilə yeni bir istiqamətə üz tutduğuna diqqət çəkərək deyib:

"Hələb, Həma, Homs və nəhayət Dəməşq Suriyanın əsl sahiblərinin nəzarətinə keçərkən, 61 il qan, zülm və təzyiqlə yaşamış Bəəs diktaturası tamamilə çökdü. Verilən vədlərə baxmayaraq illərdir terror təşkilatının işğalında olan Tel-Rifat və Mənbicin terrorçulardan təmizlənməsini alqışlayırıq.

Hakimiyyətdən getmiş hökumətin münasibətinə baxmayaraq, istənilən şəraitdə Suriyanın ərazi bütövlüyünün və unitar quruluşunun qorunmasının tərəfdarıyıq".

“Türkiyənin sərhəddən kənar əməliyyatlarının yeganə məqsədi öz təhlükəsizliyini təmin etməkdir. Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur", -deyə Ərdoğan qeyd edib.



Seçilən
45
1
trt.net.tr

2Mənbələr