AZ

Protokolların sayında 42 faiz azalma olub

Cari ilin yanvar-oktyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 40 fiziki və hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, tərtib edilmiş protokolların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz azalma müşahidə olunub.

Bu, Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən intensiv maarifləndirmə tədbirlərinin effektiv nəticə verdiyini göstərir.

Seçilən
15
2
sia.az

3Mənbələr