AZ

Texniki anbarda baş vermiş yanğın hadisəsinin səbəbləri araşdırılır

Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb.

Xəsarət alan olmayıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Seçilən
21
1
sia.az

10Mənbələr