AZ

Hürriyət: Suriyada vəziyyət pisləşərsə, bunun əvəzini Türkiyə ödəyəcək...

Yeni hökumətin gəlişi ilə Suriyada vəziyyət daha da pisləşərsə, Türkiyə bunun əvəzini çox ödəyəcək...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazıb.

Materialda deyilir ki, Ankara Suriyada çox yüksək qiymət ödəyib və orada dəyişikliklərin memarı olub, indi ən əsası Suriyanı tərk etməməkdir.

"Yeni Suriyanın qurulmasında əsas aktor Türkiyə olmalıdır. Əgər Suriya əvvəlkindən də pis olarsa, ən böyük bədəli Türkiyə ödəyəcək", deyə Hürriyet qeyd edib.

Qeyd edək ki, Suriya müxalifəti qısa müddətdə ölkənin əsas şəhərlərini, o cümlədən Dəməşqi ələ keçirib. Nəticədə Bəşər Əsəd ölkədən qaçıb və hakimiyyət devrilib. Əsəd və ailəsi hazırda Moskvadadır.

Bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədi ölkəsini xarabalığa çevirərək qaçmaqda ittiham edib. Onun sözlərinə görə, Türkiyə Suriyada sülhün və ədalətin, vəziyyətin tezliklə sülh yolu ilə həllinin tərəfdarı olduğunu, həmçinin Əsəd rejiminin düşmən münasibətinə baxmayaraq, öz ərazi bütövlüyünü müdafiə edib. Ərdoğan bildirib ki, Suriya prezidenti Türkiyə tərəfi ilə dialoqdan imtina etdiyi üçün hakimiyyətini itirib.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr