AZ

“Sülhün ləngiməsindən ən çox Ermənistan zərər görür”

Azərbaycanın bütün səylərinə baxmayaraq, Ermənistanla sülh müqaviləsinin imzalanması bu il də baş tutmadı.

 

Sülh müqaviləsinin imzalanmasının cari ildə də reallaşmaması hansı mətləblərdən xəbər verir? Sülhn ləngiməsi Ermənistana  nə verir?

 

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev sülhün imzalanmamasına görə məsuliyyətin bilavasitə Ermənistanın üzərinə düşdüyünü bildirib:

 

“İl yekunlaşmaq üzrədir və qalan saylı günlər ərzində sülh müqaviləsinin imzalanması real görünmür. Sülh müqaviləsinin imzalanmamasında məsuliyyət, birbaşa Ermənistan siyasi hakimiyyətinin üzərinə düşür. Azərbaycanın mövqeyi şəffafdır və beynəlxalq hüquqa əsaslanır. Konkret, hansı şərtlər daxilində müqavilə imzalanması barədə Ermənistana xəbərdarlıq edilmişdir. Bu şərtlər hansılardır?!

 

Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını özündə ehtiva edən maddələri çıxarmalı, keçmiş “DQMV”-nin Ermənistana birləşdirilməsi haqqında müstəqillik deklarasiyasında dəyişiklik etməli, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtma haqqını tanımalıdır.

Sülh müqaviləsinin imzalanmasının ləngiməsində heç bir fayda ola bilməz. Əksinə,bu, hər iki tərəf, ələlxüsus Ermənistan üçün zərərlidir. Hərbi büdcəsini artırır, milyardlarla vəsait yenidən silahlanmaya sərf olunur. Həmin vəsait, iqtisadi, sosial layihələrə, quruculuq işlərinə xərclənə bilərdi. Eyni zamanda, regionda gərginliyin saxlanılması, müharibə riskini artırır.

 

Məsələ ondadır ki, Ermənistan rəhbərliyi bütün beynəlxalq platformalarda özünü sülhpərvər dövlət kimi tanıtmağa çalışır, Azərbaycan əleyhinə qarayaxma kompaniyası aparır, əvvəlki kimi münaqişəyə dini don geyindirməklə, özünə himayədarlar axtarır. Belə barışıq olmur. Sülh istəyirsənsə, düşmənçilikdən çəkinməli, sülhə yönəlik qarşılıqlıqlı addımlar atmalısan. Nəzərə almalısan ki, sən müharibədə uduzmusan. İşğal etdiyin torpaqları danışıqlar yolu ilə azad etməmisən. Deməli, sən şərtləri diktə edən tərəf ola bilməzsən.

 

Müharibənin öz qanunları var və zəhmət çək, riayət elə. Əfsuslar olsun ki, Fransa başda olmaqla, bəzi güclərin Ermənistanın işğalçılığına haqq qazandırmaları, bölgədə dayanıqlı sülhün əldə olunmasını əngəlləyirlər”.

 

Seymur ƏLİYEV

Seçilən
18
1
moderator.az

2Mənbələr