AZ

Azərbaycanlı karateçi Almatıda dünya çempionu olub

Azərbaycanlı karateçi Nəzrin Hacıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən kyokuşin-kan üzrə dünya çempionatının qalibi olub.



Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, o, mundialın qızıl medalını qazanıb.
Təmsilçimiz 14-15 yaş qrupunda, 45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib. Millinin digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi Cəmil Kazımlı (+65 kq) da fəxri kürsüyə qalxıb. Dünya Qran-prisinin gümüş medalçısı bu dəfə 3-cü yeri tutub.
Qeyd edək ki, millimiz yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
456
22
nuhcixan.az

10Mənbələr