(Heyət Təhrir əş-Şam) HTŞ lideri Əbu Məhəmməd Colani mediaya müsahibəsində intiqam hissi ilə hərəkət etməyəcəklərini və hər kəsə anlayışla yanaşacaqlarını bildirib. Bizim məqsədimiz sülh və əmin-amanlığı bərpa etməkdir. Biz, Suriyanın hər bir vətəndaşı üçün yeni bir başlanğıc təmin etmək niyyətindəyik, - deyə Colani qeyd edib. Media müsahibələrinə nəzər saldıqda bu qənaətə gəlmək olar ki, Colani mövcud situasiyanı düzgün dəyərləndirən bir siyasətçidir.
Digər tərəfdən Suriyanın parçalanmasına deyil, normal dövlət olmasını, inkişafını, əhalinin dinc yaşamasını istəyən, bu istiqamətdə səylər göstərən Türkiyə var. Regional güc olan qardaş Türkiyə bölgədə sabitliyin təmin olunmasında öz töhfəsini verə bilər və ümid edirik verəcək.
Təbii ki, Suriyanı parçalamaqda, vətəndaş müharibəsinin başlamasında maraqlı qüvvələr var. Həmin məkrli qüvvələrin öz çirkin planlarının baş tutması Suriya müxalifətinin davranışından və bir çox proseslərin gedişindən asılı olacaq".