AZ

Culani haqqında qısa bir arayış

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qan Turalı yazır...
Suriyada 2011-ci ilin 15 martında başlanan aksiyalar vətəndaş müharibəsinə keçdi. Suriyada hakimiyyət dəyişikliyi isə indi baş verdi. Ancaq vətəndaş müharibəsi bir neçə il idi ki, səngimişdi. Suriya hökuməti ölkənin əksər hissəsinə nəzarəti saxlasa da də ölkənin şimalında HTŞ, Suriya Milli Ordusu və kürdlərin nəzarət etdiyi bölgələr vardı. Eləcə də ölkənin cənub hissəsinin kiçik bir hissəsinə də müxaliflər nəzarət edirdi. 13 il sonra yaranan vəziyyət bundan ibarət idi. Vətəndaş müharibəsinin ölkə üçün bədəli çox ağır olmuşdu. BMT-nin rəsmi rəqəmlərinə görə ən azı 306 min mülki şəxs, ümumilikdə isə 600 mindən çox insan öz həyatını itirmişdi.
Əvvəllər Əl-Qaidə xəttində olan Nüsra 2016-cı ildə Əl-Qaidədən ayrılmış və özünü Şamın Fəth Cəbhəsi adlandırmışdı. Bir il sonra isə Şamın Fəth Cəbhəsi liderliyində Ənsar əl-Din Cəbhəsi, Ceyşül Əl-Sünnə, Liva əl Hak və Nurəddin Zəngi hərəkatı birləşərək HTŞ-ni yəni Heyet Tahrir el-Şam (Şam Qurtuluş Heyəti) təşkilatını qurdu. Həm Nüsra, həm Şamın Fəth Cəbhəsi, həm də HTŞ Birləşmiş Millətlər Təşkilatının terror siyahısında yer alır.
HTŞ-nin lideri kimi diqqət çəkən Məhəmməd Əl Culanidir. Son günlərin bütün dünyada ən məşhur insan olan Culaninin bioqrafiyası həm onun şəxsi personasının populyarlığı, həm də Yaxın Şərqin tarixi baxımından maraq doğurur. Əl Culaninin əsl adı Əhməd Hüseyn əl Şaradır.
2016-cı ilə qədər onun özünü ancaq ən yaxın tərəfdarları görə bilmişdi. Belə ki, Culani müsahibələrə ya üzübağlı çıxırdı, ya da kamera onu arxa tərəfdən çəkirdi. 2016-cı ildən bu yana isə Culani müsahibələrində üzünü göstərməyə başlamışdı.
Culaninin düşüncəsinin formalaşmasında onun atası mühüm rol oynamışdı. Ancaq onun atası Misirin lideri Əbdülnasir millətçiliyinin təsiri altında olan bir şəxs idi. 1958-ci ildə Misir və Suriya Birləşmiş Ərəb Respublikasında birləşmişdi. Lakin 1961-ci ildə hərbi çevriliş edən suriyalı zabitlər bu dövlətin varlığına son qoydular. Misirə yaxın olan zabitlər Suriya ordusunda kütləvi şəkildə xaric edildilər. O zaman tələbə olan Culaninin atası da bu hərbi çevrilişə qarşı idi. Bu zaman ordudan xaric olunan zabitlərdən biri də Hafiz Əsəd idi, Bəşir Əsədin atası. İronik bir şəkildə Culaninin və Bəşir Əsədin atası eyni cəbhədə dayanırdı.
Suriya rejimi tərəfindən həbs edilən ata Culani həbsdən qaçaraq İraqa getdi. Orda neft sənayesi üzrə ali təhsil aldı, ancaq ana vətəni Qolani (Suriya) işğal edildikdə vətənə qayıdıb fələstinli partizanlarla birgə İsrailə qarşı vuruşdu. Çalxantılı bir həyat yaşayan gənc neft mühəndisi Səudiyyə Ərəbistanının Neft nazirliyində çalışmağa başladı. Oğlu Əhməd Hüseyn də məhz Riyad şəhərində anadan olmuş və 7 yaşına qədər orda yaşamışdı.
Atasının mübariz ruhu Əhməd Hüseynə dərindən təsir göstərsə də o millətçi olmadı, siyasi islamçılığı, sələfizmi özünə ideoloji dayaq kimi seçdi. O artıq bir mücahid idi. İraqın Mosul şəhərində həbs edilib məşhur Əbu-Qüreyb həbsxanasına salındı. Beş ildən artıq həbsxanada yatan Culani 2998-ci ildə həbsxanadan çıxdı, İraq Əl Qaidəsinə qoşuldu. Həbsxana yoldaşı vasitəsi ilə o zaman Əl Qaidə lideri olan Əl Bağdadi ilə görüşüb ona Suriyadakı vəziyyətlə bağlı 50 səhifəlik hesabat təqdim etdi. Bağdadidən Suriyaya getmək üçün dəstək istədi, ancaq cəmi 60 min dollar və 6 mücahid ala bildi. Bu resurslarla Suriyaya gedən Culaninin cəmi 1 il sonra 5000-dən artıq adamı vardı. Bu təşkilatın adı da Nusra idi.
2013-cü ildə Nusra lideri Culani Əl Qaidədən ayrıldı və müstəqil fəaliyyət göstərməyə başladı. Əl Qaidənin İraq qanadı sonra özünü İŞİD elan etdi. Cola İŞİD-in hücularına da məruz qaldı və minlərlə döyüşçü İŞİD-lə qanlı döyüşlərdə öldürüldü. Sonrakı dövrlərdə böyük hərbi və siyasi uğurlar qazanan Culani Suriyanın şimalında mərkəzi İdlib olan dövlət içində dövlətin faktiki rəhbəri oldu. Keçən həftə isə o Şamı da azad edərək Suriyada 60 illik BAAS rejiminə son qoydu.
Culani başqa sələfi liderlərdən, cihadçılardan fərqli olaraq sülhpərvər mesajlar verir, Suriyada dini və milli azlıqların birgəyaşayışının mümkün olmasından danışır. Ümmətçilik əvəzinə vətəndaşlığı, suriyalı olmağı önə çıxarır. BMT və digər ölkələrlə əməkdaşlığa can atır. Onun bu mesajları Qərb dünyasında da isti qarşılanır. Ancaq gələcəyin necə olacağını, Culaninin hakimiyyəti dövründə Suriyanın nələrin gözləyəcəyini təxmin etmək elə də asan deyil.
Seçilən
55
oxu.az

1Mənbələr