AZ

Türkiyə bu sərhəd qapısını açdı - suriyalılar geri dönməyə başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Hatayın Yayladağı Gömrük Qapısının yenidən açılacağını bildirib.

Bu gün isə sözügedən keçiddən geridönüş başlayıb. Səhər saatlarından çox sayda Suriya vətəndaşı Yayladağı Gömrük Qapısına gələrək ölkələrinə qayıtmağa başlayıb.

Qeyd edək ki, Suriyada gedən vətəndaş müharibəsi səbəbilə Hatayın Yayladağı rayonundakı Yayladağı Gömrük Qapısı 13 il əvvəl bağlanmışdı.

Daxili İşlər Nazirliyinin İmmiqrasiya İdarəsinin səyyar maşını keçidi sürətləndirmək üçün gömrük qapısında dayanıb.

Yayladağı Gömrük Qapısından ölkəsinə qayıdan Adem Bal yerli mətbuata açıqlamasında sevincini belə ifadə edib:

“Xoşbəxtik, dönürük. Şəxsiyyət vəsiqəmi verib qayıdıram. Xalqımızı təbrik edir, əməyi keçən hər kəsə təşəkkür edirəm. Türkiyəyə də təşəkkür edirəm, bizə sığınacaq verdi. Bizi qonaq etdiyi üçün prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirik, xalqımızı əzdirmədi, sağ olsun”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr