AZ

Vüqar Həşimovun atasının vəziyyəti ağır-stabil olaraq qalır

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Busaat.az Report-a istinadən xəbər verir ki, bu barədəTƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, hazırda həmin şəxsin vəziyyəti ağır-stabil olaraq qalır.

Məlumat üçün bildirək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir.

phrase_var_article.chosen
26
20
busaat.az

10phrase_var_article.sources