AZ

Qalmaqallı məktəbin cəzalandırılan direktoru KİMDİR...

Xəbər verdiyimiz kimi, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddialar yayılıb. Yayılan səsyazısında iddia edilir ki, məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığılır: "Təhsil idarəsinin adından övladımın çantasına məcburi şəkildə yeddi manatlıq sınaq bileti qoyublar".

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, səsyazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib.

"Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - açıqlamada deyilir.

Modern.az-ın məlumatına görə, sözügedən məktəbin direktoru Gülbəniz Bayramovadır.

O, bu ilin mart ayında sözügedən məktəbə direktor təyin edilib. Gülbəniz Bayramova Gəncə Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını bitirib, 2004-cü ildən Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseydə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edib.

Qeyd edək ki, sözügedən məktəb Gəncənin ən qalmaqallı təhsil müəssisələrindən biridir. Məktəbin əvvəki direktoru Mətanət Qarayeva 2022-ci ildə yaşanan qalmaqalla gündəmə gəlmişdi. Mətbuatda yayılan məlumatlara görə, o, 14 ədəd dərman həbi içərək özünü öldürmək istəyib. Ancaq rəsmi qurumlar bu iddianın doğru olmadığını bildirib. Daha sonra direktor vəzifəsindən azad edilib.

Seçilən
18
modern.az

1Mənbələr