AZ

Bu il vətəndaşlara 160 milyon manatdan çox ƏDV qaytarılıb

2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınan mallara, eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 160 milyon 277,7 min manatı istehlakçılara geri qaytarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu ilin yanvar-noyabr aylarında nağdsız qaydada alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin qaytarılan həcmi isə 21 milyon 301,7 min manatdan çox olub.


Müəllif: Teleqraf.com
Seçilən
27
17
teleqraf.com

10Mənbələr