AZ

Armatur istehsalında 38,2 faiz artım qeydə alınıb

Bu ilin yanvar-oktyabr aylarında ölkədə ümumilikdə 382,9 min ton armatur istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz və ya 105,9 min ton çoxdur.

Fins.az, Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, cari ilin oktyabr ayında istehsal həcmi sentyabr ayı ilə müqayisədə 24,1 faiz və ya 12,8 min ton artaraq 65,8 min ton təşkil edib.

Noyabr ayının 1-nə olan məlumata əsasən, ölkədə hazır məhsul ehtiyatı 28,4 min ton səviyyəsindədir. Bu artım dinamikası tikinti və infrastruktur layihələrinin inkişafı ilə əlaqələndirilir və istehsal sektorunda müsbət tendensiyanın davam etdiyini göstərir.
 

Zemfira Ms
Fins.az

 

Seçilən
50
1
fins.az

2Mənbələr