AZ

Qəzaya düşən hüquqşünas: "Meqa Sığorta" ödəniş etməmək üçün hər şey edir

Hüquqşünas Şamil Paşayev “Meqa Sığorta” şirkətindən şikayətçidir.

Valyuta.az xəbər verir ki, Şamil Paşayev noyabrın 27-də avtomobili ilə zəncirvari qəzaya düşdüyünü bildirib. Sığorta şirkəti avtomobilə baxış keçirsə də, 10 gündən artıq vaxt keçməsinə baxmayaraq qiymətləndirmə haqqında hər hansı məlumat verməyib. Avtomobili isə təmir etdirmirlər. 

Hüquqşünas qeyd edib ki, sığorta şirkətləri ödəniş etməmək üçün hər şey edirlər. Bu isə sığortaya inamı azaldır.

“Bununla belə, şirkəti öz öhdəliyini icra etmədiyinə görə məhkəməyə verəcəm” - Şamil Paşayev əlavə edib. 

“Meqa Sığorta” isə hüquqşünasın sosial şəbəkədəki şikayətinə hər hansı reaksiya verməyib.

Qeyd edək ki, Mərkəzi Bankın şikayət indeksinə əsasən, 2024-cü ilin əvvəlindən etibarən icbari avtosığorta üzrə “Meqa Sığorta”dan şikayətlər artmaqda davam edib. 2024-cü ilin yanvar ayında sığorta şirkətinin şikayət indeksi 0,41 olubsa, sentyabr ayında bu rəqəm 0,82-yə yüksəlib. Başqa sözlə, doqquz ayda “Meqa Sığorta”dan şikayətlər iki dəfə artıb.

Seçilən
29
valyuta.az

1Mənbələr