AZ

Sednaya həbsxanasında məxfi ərazi tapıldı - Əsəd rejiminin işgəncə mərkəzində araşdırma aparılır

Suriyada Əsəd rejiminin işgəncə mərkəzi kimi tanınan Sednaya həbsxanasındakı məhbusların azadlığa buraxılması gündəmə olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qruplaşma obyekt daxilində heç bir açılmamış və ya gizli sahənin aşkar edilmədiyini və işlərin tamamlandığını açıqlayıb.

Həbsxanadan çıxan məhbusların görüntüləri sosial şəbəkələrdə yayılarkən, azad edilənlər arasında anaları ilə birlikdə saxlanılan azyaşlı uşaqların da olduğu bildirilib.
 
Digər tərəfdən həbsxananın gizli bölmələrinin olduğu və orada minlərlə məhbusun olduğu iddia edilir.
 
Suriya Mülki Müdafiə qrupunun X hesabından verilən açıqlamada hərbi həbsxanada gizli bölmə iddialarını araşdıran əməliyyatların başa çatdığı qeyd edib.
 
Beynəlxalq təşkilatların dərc etdiyi məlumatlara görə, Dəməşqdən 30 kilometr uzaqlıqda yerləşən və çökmüş rejimin Müdafiə Nazirliyinə bağlı Sednaya Hərbi Həbsxanasının hadisələrdən sonra dinc rejim əleyhinə nümayişçilərin saxlandığı bazaya çevrildiyi bildirilir. 
 
Mikayıl
Seçilən
42
4
azxeber.com

10Mənbələr