AZ

Ərdoğan NATO-nun baş katibi ilə telefon danışığı aparıb

Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. Missiya.Az xəbər verir ki, onlar Suriyadakı son hadisələri müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, Türkiyə Suriyada vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunmasını müdafiə edir. Türkiyə lideri vurğulayıb ki, Suriyanı yalnız Suriya xalqı idarə etməlidir və Türkiyənin terrordan təmiz bir Suriya qurmaq üçün əlindən gələni etməyə davam edəcəyini də bildirib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
54
7
missiya.az

9Mənbələr