AZ

Ərdoğan Suriyadaki son vəziyyəti NATO-nun baş katibi ilə müzakirə edib

Bakı, TurkicWorld

Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon görüşməsi edib.

TurkicWorld xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. Görüşdə Suriyadakı son hadisələr müzakirə edilib.

Ərdoğan görüşdə Türkiyənin Suriyada vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunmasını müdafiə etdiyini, Suriyanın Suriya xalqı tərəfindən idarə olunmasının vacibliyini, Türkiyənin quruculuq üçün əlindən gələni edəcəyini bildirib. bütün Suriyanı terrordan təmizləyəcəklərini ifadə etdi.

Qeyd edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.Silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb,

Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Seçilən
33
41
turkic.world

10Mənbələr