AZ

Suriya Milli Ordusunun Mənbicdən sonra növbəti hədəfi Raqqadır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Suriya Milli Ordusunun (SMO) Mənbicdən sonra növbəti hədəfi Əsəd qüvvələrinin nəzarəti PKK/YPG-yə buraxdığı Raqqa şəhəridir".
Oxu.Az-ın "Son Dakika"ya istinadla verdiyi məlumata görə, bu barədə SMO Birgə Qüvvələr komandanlarından Casim Əbu Abdul Hay açıqlamasında bəyan edib.
"Raqqadakı xalqımız, biz gəlirik. Bizə dua edin", - deyə o, çağırışında bildirib.
Xatırladaq ki, dünən Suriya Milli Ordusu PYD/YPG-nin əlində olan Mənbicdə nəzarəti ələ keçirib.
Digər tərəfdən, Rusiya ordusunun Mənbicin şimalında, Türkiyə sərhədində yerləşən Ayn əl-Ərəbdəki Sarrin bazasından çəkildiyi iddia edilir. Bununla bölgədə YPG ilə SMO arasında heç bir qüvvə qalmadığı bildirilib.
Raqqanın cənubundakı Deyr əz-Zorda da hərəkətli günlər yaşanır. Əsəd hökumətinin PKK/YPG-yə buraxdığı ərazidə dünən ərəb tayfaları tərəfindən müxalif qüvvələri şəhərə girməyə dəvət edən nümayişlər keçirilib.
Seçilən
62
50
oxu.az

10Mənbələr