"AZAL Arena" bir neçə illik fasilədən sonra öz qapılarını "Sabah" futbol klubunun üzünə açıb.
seher.media xəbər verir ki, "Sabah" klubu bundan sonra məşqlərini Şüvəlanda yerləşən "AZAL Arena"da keçəcək.
"Sabah" bu məqsədlə stadionda ciddi yeniliklər edib. Süni qazon təbii ot örtüyü ilə əvəz edilib.
Paltardəyişmə otaqları təmir olunub, digər çatışmazlıqlar aradan qaldırılıb.
"AZAl Arena" 13 il əvvəl istifadəyə verilib. İki il ərzində tikilən qurğu 2016-cı ilədək eyniadlı klubun istifadəsində olub.
Klub ev oyunlarını isə Masazırda yerləşən "Bank Respublika" stadionunda keçiriəcək.
"Bayquşlar" sözügedən stadionu uzunmüddətli icarəyə götürüblər.